Qədim romalılar dəniz sürünənlərinin qalıqlarını niyə toplayıblar?

DÜNYA
18:40 / 01.09.2026
40

Britaniyalı arxeoloqlar Kolçester Arxeologiya Fondunun apardığı qazıntılar zamanı Roma dövrünə aid dəfn yerində təxminən 100 milyon il yaşı olan ixtiozavr fosili aşkar ediblər. Esseks qraflığındakı keçmiş xəstəxananın ərazisində tapılan bu nümunə insanların məqsədli şəkildə qoruduğu elmə məlum olan ən qədim fosil hesab edilir. 

HİT.az xəbər verir ki, qazıntıların nəticələri CAT-ın saytında dərc olunub.

Alimlər müəyyən ediblər ki, dəniz sürünəninin fəqərəsi təxminən 1900 il əvvəl Britaniyaya gətirilib. Romalılar onu Kent qraflığında tikinti daşı çıxararkən tapıb, həmin vaxt Kamulodunum adlanan Kolçesterə aparıb və digər qiymətli əşyalarla birlikdə bir çuxura yerləşdiriblər.

Fondun baş elmi əməkdaşı Ksand­er Smit bildirib ki, fosilin qorunması, daşınması və onunla məqsədli şəkildə davranılması tapıntını xüsusilə əhəmiyyətli edir. Onun sözlərinə görə, bu kəşf paleontologiyanın yaranması ilə birbaşa əlaqə yaradır. Həmin dövrdə romalılar nəhəng sümükləri əfsanəvi varlıqların və ya qəhrəmanların fiziki qalıqları kimi qəbul edə bilərdilər.

İxtiozavrlar dinozavrların yaşadığı dövrdə okeanlarda məskunlaşmış nəsli kəsilmiş dəniz sürünənləridir. Bu canlılar haqqında uzun müddət çox az məlumat olub. Yalnız XIX əsrin əvvəllərində Britaniyanın Laym-Ricis şəhərində fosil axtarışları aparan Meri Enninqin məşhur kəşflərindən sonra ixtiozavrlar barədə elmi biliklər əhəmiyyətli dərəcədə genişlənib.

Qədim qalıqlara marağın oxşar nümunələri Rusiyada da müşahidə olunur. Məsələn, Volqaboyu ərazisində yerli sakinlər əsrlər ərzində ixtiozavr fosilləri tapıblar. Lakin romalıların bu sümüklərə mistik məna verməsindən fərqli olaraq, həmin tapıntıların məqsədli elmi tədqiqinə Rusiya imperiyasında xeyli sonra başlanılıb.

Samir
 

0