Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı

İQTİSADİYYAT
19:40 / 23.09.2026
39

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Tikinti və Təmir” MMC 7 şirkətlə 8 satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, satınalma müsabiqələri açıq tender metodu əsasında keçirilib.

Qeyd edək ki, müqavilələrin ümumi dəyəri 140 milyon 415 min 263 manat 66 qəpik təşkil edib.

Tender müsabiqələrində qalib olan şirkətlər, satınalma predmeti və məbləği aşağıdakı kimi olub: 

1. “XEZER-CONSTRUCTİON” MMC (35.229.641,41 AZN) –Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınması.

2. “PROQRESS İNŞAAT EN” MMC (2.473.224,24 AZN) – Məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri.

3. “AZ.ARXİTEKTURA” MMC (754.020 AZN) – Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması.

4. “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC (23.155.659,2 AZN) – Mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədilə tələb olunan müxtəlif növ malların alınması.

5. “FORTİS CONSTRUCTİON” MMC (22.505.248,24 AZN) – Ceyhun Hacıbəyli küçəsində yerləşən yeni salınmış park ərazisində Təbiət Tarixi muzeyinin yaradılması, interyer işlərinin görülməsi və muzeyin eksponatlarla təchiz edilməsi.

6. “XEZER-CONSTRUCTİON” MMC (8.345.142,58 AZN) – Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin görülməsi.

7. “QRAND DİZAYN KONSTRAKŞN” MMC (22.966.964,15 AZN) – Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işlərinin görülməsi.

8. “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC (24.985.363,84 AZN) – Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarında dövlət mənzil fonduna aid binaların təmiri.
 

0