Moskvada azərbaycanlıların kafesi yandı

09:23 / 11.06.2020
1201

Rusiyanın paytaxtı Moskvada “Tonqal” kafesinin zirzəmisində yanğın baş verib.

Bu barədə Moskvanın Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Kafedə olan insanlar dərhal yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Məlumata görə, yanğın 20 kvadrat/metri əhatə edib. Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Kafenin azərbaycanlılara məxsus olduğu bildirilir.

0
Axar.az