Qumarbaz eşşək həbs olundu - gündəm oldu

12:43 / 11.06.2020
1531

Pakistandaqanunsuz qumarla məşğul olan dəstəyə qarşı əməliyyat keçirilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat çərçivəsində qeyri-adi hadisə yaşanıb. Belə ki, 8 nəfər və 1 eşşək saxlanılıb. Polis təhqiqatımaterialında eşşəyin saxlanılma səbəbi olaraq "dəstəyə yardım etməsi"göstərilib.

Pakistan mətbuatı xəbəri "Eşşək qumarbazlar dəstəsinə yardım etdiyi üçünsaxlanıldı" şəklində tirajlayıb.

Əməliyyat çərçivəsində həmçinin 120 min Pakistan rupisi (təxminən 1200 manat) ələ keçirilib.

Hadisə sosial şəbəkədə də gündəm olub. İstifadəçilərdən biri saxlanılanlar barəsində,"8 eşşək və 1 adam" ifadəsini yazıb.

0