Lukaşenko müharibə veteranının qarşısında belə ağladı - VİDEO

DÜNYA
22:13 / 24.06.2020
1479

Belorusiya Prezidenti Aleksandr Lukaşenko müharibə veteranı ilə söhbəti zamanı göz yaşlarını saxlaya bilməyib.

Belorusiya lideri Moskvada Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradını izləmək üçün hazırda Rusiyada səfərdədir.

Yayılan videokadrlardan görünür ki, tribunada müharibə veteranı ilə söhbəti zamanı A.Lukaşenko ağlamağa başlayıb. Belorusiya liderinin müharibə veteranı ilə nədən bəhs etdiyi məlum deyil, lakin prezident təsirlənərək göz yaşlarını silməyə başlayıb.

0
Unikal.org