Putin 2036-cı ilə qədər hakimiyyətdə qalacaq

DÜNYA
20:50 / 02.07.2020
1374

“Bir çox ekspertlər Rusiyaya qarşı sanksiyalardan danışır və Putin-Qərb qarşıdurmasından yazırlar. Lakin, bu belə deyil. Getdikcə Rusiyaya qarşı sanksiyalar zəifləyəcək”.

HİT.Az xəbər verir ki, bu fikirləri Qazet.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov səsləndirib. Bildirilir ki, Putin hakimiyyətdə elə həmin Qərbin dəstəyi ilə qalır.

“Dünən baş tutan Rusiya Konstitusiyasına əlavələr haqqında səsvermə yeni dünya qurulmasının növbəti addımı idi. Beləliklə, 1991 – ci ildə Fukuyama və digərlərin “Liberalizm qələbə çaldı, artıq dünyanın ağası Vaşinqtondur” fikirlərinin yanlış olduğu ortadadır.

Putinin 2036 – cı ilə qədər hakimiyyətdə qalmasına kim etiraz etdi? Qərbin beynəlxalq təşkilatları, Aİ, Venesiya Komisiyyası, Avroparlament və ayrı – ayrı ölkələr demək olar kı, heç bir etiraz etmədilər. Səbəb? Çünki, bu təşkilatların arxasında dayananlara belə lazım bildilər”, – deyə Zaur Məmmədov qeyd edir.

Politoloq bildirir ki, “ABŞ sabah dağılacaq, Avropa böhrandadır, Rusiya parçalanacaq” kimi sadəlöhv fikir söyləyənlər “teatr”ın davamını izləməlidir.

Qeyd edək ki, bu ildən başlayaraq yeni dünya nizamına start verilir – Rusiya və ABŞ və regional güclərin iştirakı ilə.

1