Çin bütün dünyanı məhv edəcək - ABŞ

DÜNYA
19:15 / 04.07.2020
1290

ABŞ Dövlət Departamenti Çinin nüvə potensialını ikiqat artırmasından və nüvə üçlüyünü gücləndirməsindən narahatdır.

Bu sözləri Departamentin adı açıqlanmayan nümayədəsi Rusiya mediasına açıqlamasında deyib.

O bildirib ki, Pekin bu addımlarla Rusiyanı da, dünyanı da məhv edəcək:

“Çin nəinki Rusiyanı, hətta dünyanı məhv edəcək. Əgər Çin məsuliyyətli dünya gücü olmaq istəyirsə, o zaman məsuliyyətli güclərlə razılaşmalıdır”.

0
Axar.az