Ermənistan yeni itkilərini ETİRAF ETDİ

16:47 / 13.07.2020
1572

Ermənistan Müdafiə Nazirliyi daha 3 hərbi qulluqçusunun yaralandığını bildirib. 

Ermənistan KİV-i xəbər verir ki, yaralı hərbçilərin səhhəti barədə ətraflı məlumat verilməyib.

"Təəssüf ki, 5 yaralımız var. 3 əsgər və 2 polis əməkdaşı yaralanıb"- deyə Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan məlumatı təsdiq edib. 

Rəsmi Yerevan bundan əvvəl 2 polis əməkdaşının yaralandığını etiraf etmişdi. Hazırda ümumilikdə erməni 5 hərbçinin yaralandığı qeyd olunur. 

Amma yaralı və ölü sayının daha çox olması ehtimalı yüksəkdir.

1
Modern.az