ABŞ ordusu ilə rus hərbi konvoyu üz-üzə gəldi - Gərginlik

22:49 / 18.07.2020
1568

Suriyada ABŞ qoşunları ilə Rusiya hərbi konvoyu üz-üzə gəlib.

Simelka sərhəd-keçid məntəqəsi yaxınlığında ABŞ ordusunun Rusiya hərbi konvoyunun keçməsinə icazə verməməsi gərginlik yaradıb.

Məlumata görə, 6 avtomobildən ibarət Rusiya hərbi polis patrulu döyüş helikopterlərinin müşaiyəti ilə Qamışlıdan Simelka sərhəd-keçid məntəqəsi istiqamətində yol alıb.

Rusiya konvoyu ABŞ ordusu və koalisiya qüvvələrinin istifadə etdiyi Əz-Zirai hava limanının yaxınlığındakı Şəkər Hac kəndindən keçən zaman ABŞ ordusu tərəfindən saxlanılıb.

ABŞ ordusu icazə vermədiyinə görə ruslar 20 kilometr uzunluğundakı torpaq yolla getməli olub. Buna baxmayaraq, amerikalılar rusları təqib edib. Nəhayət Ayn Tavil kəndindəyi yol ayrıcında ABŞ ordusu rus konvoyunun önünü kəsərək geri qaytarıb.

0
Axar.az