32 milyondan çox insan həddindən artıq yoxsulluq içində yaşayacaq - BMT

İQTİSADİYYAT
21:41 / 03.12.2020
1000

Yeni koronavirus pandemiyası nisbətən az inkişaf etmiş ölkələrin iqtisadiyyatına ciddi ziyan vurub. 

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) yayımladığı hesabata görə, bu ölkələrdə 32 milyondan çox insan özünü həddindən artıq yoxsulluq içində görə bilər:

“Koronavirus pandemiyası dövlətlərin iqtisadi inkişaf perspektivlərinin ciddi şəkildə pisləşməsinə gətirib çıxardı, lakin nisbətən zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatına vurulacaq zərbə daha da güclü olacaq.

Pandemiyanın gündə 1,9 dollardan az pulla yaşayan insanların sayında 32,2 faizdən 35,2 faizə qədər artıma səbəb olacağı qeyd edilir. Bu, o deməkdir ki, 32 milyondan çox insan az inkişaf etmiş ölkələrdə həddindən artıq yoxsulluq içində yaşayacaqlar”.

Ən böyük iqtisadi zərərin Afrika ölkələrində və kiçik ada dövlətlərində olacağı bildirilir.

0
oxu.az