EKONOMİKS
17:53 / 14.07.2021
369

“Ekolizinq” MMC ilə bağlı DTX-yə şikayət - Vətəndaş şirkəti dələduzluqda ittiham edir

"Ekolizinq” MMC-dən şikayətçi olan vətəndaş Mehdi Muradov Dövlət Təhlükəsizlik Xidmətinə müarciət edib. 

Bu barədə HİT.Az-a şikayətçinin özü məlumat verib. 

Mehdi Muradov bildirib ki, sözgedən şirkət ona qarşı faktiki olaraq dələduzluq əməli törədib və hüquq-mühafizə orqanları bu işi araşdrımalıdır. 

“Müraciətimdə Dövlət Təhlükəsizlik Xidmətindən xahiş etmişəm ki, baş verənləri ciddi şəkildə araşdırsın. Ümid edirəm ki, müraciətimə müsbət yanaşılacaq”, - deyə şikayətçi bildirib.

Mehdi Muradov 28 dekabr 2018-ci il tarixdə “Ekolizinq” MMC ilə lizinq müqaviləsi bağlayıb. Şikayətçi deyir ki, 15.400 AZN məbləğində kreditə imza atsa da, ona 12.000 AZN verilib. Bu azmış kimi sözügedən lizinq şirkəti Mehdi Muradova əlavə borc və faiz yazıb. 

“Bu barədə mediada şikayətlərim gedib. 2020-ci ilin mart ayında koronavirus pandemiyasına görə ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Bu baxımdan, həmin ay krediti ödəyə bilməmişəm. Amma aprel ayından başlayaraq yenidən ödənişlər etmişəm. “Ekolizinq” MMC-nin rəhbərliyi bunu əsas gətirərək əlavə 2300 AZN borcumun olduğunu deyib. Mən bu məbləği ödəmək istəyəndə tövsiyə veriblər ki, 2000 AZN ödə borc bağlansın. Onların sözlərinə görə, mənə 515 AZN güzəşt ediblər. Bu barədə arayış da var. Deyirdilər ki, bundan sonra qrafikə uyğun ödəniş edəcəm. Amma sonra dedilər ki, 1350 AZN əlavə borc yaranıb. Onu da ödəmişəm. İndi yenidən əlavə borc yazıblar. “Ekolizinq” MMC məndən əlavə olaraq 3000 AZN-ə qədər pul alıb. Amma əlavə borclar bitmir ki, bitmir. Hər dəfə avtomobilimə etibarnamə almaq istəyəndə ortaya borc çıxır. Şirkətin təqdim etdiyi sənədlər və məndə olan qəbzlərlə hesbalama apardıqda belə, bu əlavə borcların nədən yarandığı bəlli olmur. Daha doğrusu, “Ekolizinq” MMC-nin gətirdiyi səbəb onun təqdim etdiyi sənədlərlə və məndə olan qəbzlərlə ziddiyyət təışkil edir”, - deyə  o qeyd edib.

VÜQAR

0