EKONOMİKS
09:15 / 23.01.2023
262

Bakı metrosunda maşinist iş başında öldü

Bakı metrosunda maşinist iş başında ölüb.

Bakı Metropolitenindən HİT.az-a verilən məlumata görə, hadisə yanvarın 21-də 22-nə keçən gecə metronun "Avtovağzal" stansiyasında baş verib. Metroda motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal" stansiyasında təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, gecə dərhal təcili tibbi yardım dəvət edilib: "Maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib. Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".

Faktla bağlı araşdırma aparılır.

0