“Səfalı Broyler ” MMC yol hərəkəti qaydalari əleyhinə olan inzibati xəta törətməkdə ittiham edilir.
Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə iş başlanıb.
İşə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamir Bağırovun icraatındadır.
347-ci maddədə vəzifəli şəxslərin yüz əlli manat məbləğində, hüquqi şəxslərin isə üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Anar