Əkrəm Həsənov: \"İslam bankçılığı Azərbaycanda investisiya axınının artmasına səbəb olacaq\"

22:47 / 12.02.2024
265

"İslam bankçılıq sisteminin Azərbaycana gətirilməsi illərdir müzakirə olunur. Mərkəzi bankın yeni rəhbəri artıq bu məsələni reallaşdırır. Beləliklə, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. Sənəddə islam bankçılığının inkişafı öz əksini tapıb". 

Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, İslam bankçılığı bir neçə amilə görə yaxşıdır, müsbət dəyərləndirilməlidir:

"İlk olaraq deyim ki, İslam bankçılığı sələmçiliyə söykənməyən bir sistemdir. Yəni normalda banka əmanət yerləşdirmək istəyən şəxs həmin depozitin məbləğinə görə faiz əldə edir. Ancaq İslam bankçılığında qayda belədir ki, əmanət yerləşdirən şəxs gəlirlə yanaşı, bankın zərərinə də şərik olur. Bu qayda kreditə də şamil edilir. Bank sahibkarın kreditinə şərik olur. Sahibkar çox gəlir əldə edərsə bank da qazanc qazanır, əksi olarsa bu hal banka da təsir edir. Çünki islam bankçılığı təkcə müsəlmanlar üçün deyil. Başqa dinə etiqad edənlər və bütün şəxslər bundan istifadə edə bilərlər. Ümumiyyyətlə faiz və sələm vasitəsi ilə pulun verilməsi yalnız islamda deyil, bütün dinlərdə qadağan olunub. Məsələn, yəhudilərə görə, bu dinə sitayiş edənlər bir-birinə sələm verə bilməz. Əsarətdə saxlamaq üçün başqa millətlərə vermək olar".

Həmsöhbətimiz hesab edir ki, İslam bankçılığı Azərbaycanda investisiya axınının artmasına səbəb olacaq.

Sevinc

0