Otellərdə bizi izləyən var?

İQTİSADİYYAT
19:43 / 12.08.2024
382

Yayın gəlişi ilə hər kəs rayonlara  istirahətə gedir. 

Çox zaman elə rayonlardan da Bakıya üz tutanlar var. 

Əlbəttə səfərə çıxanların qalmaq üçün seçdikləri məkan otellərdir. 

Bəs görəsəsn otellərdə şəxsi təhlükəsizlik məsələləri necə qorunur?

Çoxları bildirirlər ki, otel otaqlarına gizli kameralar quraşdırılır və izlənmələr olur.

Əmlak sahibi otel otaqlarına gizli kamera quraşdıra bilərmi?

Hətta bu məlumatları, görüntüləri paylaşmayıb, gizli saxlasalar belə bu qanunla yol verilir?

Hüquqşünas Elvin Babayev Hit.az-a bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların qanunsuz toplanılması və yayılması cinayət məsuliyyətinə səbəb olur.

“Belə əməllərə görə 1000 manatdan 2000 manatadək cərimə və ya müxtəlif müddətlərə islah işləri cəzası tətbiq oluna bilər. Otel otaqlarında, sanitar qovşaqlarda və ya digər şəxsi məkanlarda gizli kameraların quraşdırılması, Azərbaycan qanunvericiliyinə görə, ciddi qanun pozuntusudur”, deyə o bildirib.

Murad

0