Azərbaycanda içki və siqaretdə bahalaşma müşahidə edilir

İQTİSADİYYAT
10:09 / 16.06.2020
1031

Azərbaycanda 2020-ci ilin may ayında spirtli içki və siqaretin qiymətində bahalaşma müşahidə edilib.

Ölkədə ən böyük bahalaşma idxal olunan pivənin orta qiymətindədir. Belə ki, 1 iyun 2020-ci il tarixdə ölkəyə xaricdən idxal olunan pivənin hər 0.5 litri 2.56 manat təşkil edib. Bu da, son bir ay ərzində 1.11% bahalaşma müşahidə edilməsi deməkdir.

İkinci ən böyük bahalaşma isə yerli istehsal olan süfrə şərabı olub. Bu məhsulun hər 0.7 litrinin orta qiyməti 1 iyunda 4.21 manat təşkil edib, bu da aylıq müqayisədə 0.5% bahalaşma deməkdir. Lakin, xaricdən idxal olunan şərabın 0.7 litrinin qiyməti hesabat dövründə 14.11 manat təşkil etməklə, içki məhsulları içində yeganə ucuzlaşan (0.02%) məhsul olub.

Siqaret qutusunun orta qiyməti: yerli istehsal üçün 1.61 manat, idxal olunan üçün isə 2.40 manat təşkil etmişdir. Hər birinin qiyməti cüzi fərqlə (0.01%) bahalaşıb.

0
AzStatKom