Prezidentdən biznes yoxlamaları ilə bağlı - FƏRMAN

İQTİSADİYYAT
21:29 / 17.06.2020
1571

Prezident İlham Əliyev «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

HİT.Az xəbər verir ki, sözügedən fərman «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 30 may tarixli 1602-VQD nömrəli Qanununun icrası ilə əlaqədar imzalanıb.
Fərmana əsasən, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»də aşağıdakı dəyişikliklər edilib:
1. 1.6-cı bəndə “vergi yoxlamalarına” sözlərindən sonra “və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamalara” sözləri əlavə edilsin.


2. 3.4.7-ci və 5.1.10-cu yarımbəndlərə “vergi yoxlamasının” sözlərindən sonra “və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamaların” sözləri əlavə edilsin.
3. 3.4.18-ci yarımbəndə “vergi yoxlamaları” sözlərindən sonra “və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamalar” sözləri əlavə edilsin.


Sözügedən dəyişikliklər biznes sahəsində aparılan yoxlamaolarda tikintiyə nəzarətin daha da gücləndirildiyini göstərir. Dəyişikliklərə əsasən, tikintiyə nəzarət yoxlamaları da vergi yoxlamaları kimi, fərqli qaydada həyata keçiriləcək.

0