Avtomobili etibarnamə vasitəsilə satıb. Alan şəxs də ehiyat hissələrinə ayıraraq başqa birinə satıb.
Hadisə Abşeron sakini Namiq Hüsüyev başına gəlib. Belə ki, o nəqliyyat vasitəsini satdıqdan sonra mülkiyyətindən çıxarmaq istəsə də, alan şəxs ondan möhlət istəyib. Bir müddət sonra isə öyrənib ki, nəqliyyat vasitəsi artıq yoxdur. Bunu ona avtomobilin hissələrini alan şəxs bildirib.
Vəkil Emil Aslanov isə deyir ki, belə hallarda məsuliyyət rəsmi mülkiyyətçinin üzərinə düşür.
Vəkilin sözlərinə görə, aidiyyəti orqana rəsmi müraciət edərək əmlakı mülkiyyətdən çıxarmaq mümkündür.