Azərbaycanda qəribə oğurluq

HADİSƏ
16:19 / 12.06.2024
734

Cəlilabadda yaşayış evlərindən birinin həyətindən 700 kiloqram kartofun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Hit.az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməldaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən rayon sakini, 54 yaşlı Zəfər Məmmədov saxlanılıb.

Araşdırmalarla onun digər bir yaşayış evinin həyətindən də 17 ədəd ev quşunu oğurladığı müəyyən edilib.

Araşdırma aparılır.

0