Kreml sülhməramlıların Qarabağdan çıxarılmasını təsdiqlədi

HƏRBİ
13:59 / 17.04.2024
288

Kreml Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.

Qaynarinfo bu barədə "İnterfax"a istinadən xəbər verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü mətbuata açıqlamasında bunla bağlı suala cavab verib. "Bəli, bu, həqiqətən də belədir", deyə prezident sözçüsü bildirib.

Qeyd edək ki, ötən gün sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir. Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.

0