Fevralın 4-də Pekində başlayacaq Olimpiya Oyunlarında iştirak üçün Rusiya biatlon komandasının tərkibi məlum olub.
HİT.az xəbər verir ki, kişilərin əsas hissəsini Aleksandr Loginov, Eduard Latipov, Kərim Xəlili, Daniil Seroxvostov və Maksim Tsvetkov təşkil edir. Ehtiyat oyunçular skamyasında Aleksandr Povarnitsyn və Anton Babikov yer alıb.
Qadınların heyətində Kristina Reztsova, Svetlana Mironova, Ulyana Niqmatullina, İrina Kazakeviç və Valeriya Vasnetsova yer alıb. Anastasiya Şevçenko və Yevgeniya Burtasova ehtiyat oyunçular skamyasında qalıblar.
Xəyal