Dünya çempionu Ermənistan bayrağı altında döyüşməkdən imtina edib

İDMAN
22:33 / 30.03.2023
702
Ermənistan boksçusu Erik İsraelyan öz ölkəsinin bayrağı altında döyüşməkdən imtina edib. Bu barədə gənclər arasında 2022-ci il dünya çempionatının qalibi olmuş idmançı mətbuat konfransında açıqlama verib. O bildirib ki, dövlət orqanlarının biganəliyi səbəbindən bu addımı atıb: "Dünya və Avropa çempionatlarında qazandığım qələbələrdən sonra İrəvana qayıdarkən federasiya nümayəndələri məni hava limanında qarşılamadılar, hətta təbrik belə etmədilər". İsraelyan gələcəkdə başqa ölkənin bayrağı altında yarışmaq niyyətində olduğunu söyləyib. Boksçu, həmçinin, ötən ilin sonunda qələbələrə görə ona birdəfəlik 4,6 milyon dram ödədiyini açıqlayan idman nazirliyinin nümayəndələrini yalan danışmaqda ittiham edib.
0