“Qarabağ”ın ötən mövsüm avrokuboklardan əldə etdiyi gəlir açıqlandı

İDMAN
11:00 / 09.02.2024
441

"Qarabağ"ın 2022/23 illər mövsümündə avrokuboklardan əldə etdiyi gəlir bəlli olub.

HİT.az UEFA-nın hesabatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ümumilikdə 13 198 000 avro (təxminən 24,2 milyon AZN) qazanıb.

Bu məbləğin 5 046 000 avrosu (təxminən 9,2 milyon AZN) Çempionlar Liqasının təsnifat mərhələlərində, 7 844 000 avrosu (təxminən 14,4 milyon) Avropa Liqasının qrup mərhələsində, 308 000 avrosu (təxminın 564 min AZN) isə Konfrans Liqasının pley-off mərhələsindəki çıxışına görə kluba ödənilib.

Buraya iştirak haqqı, performans bonusu, əmsala və pley-offa vəsiqəyə görə ödənilən vəsait, eləcə də reklam gəlirləri daxildir.

Qeyd edək ki, "Qarabağ" ötən mövsüm Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna penaltilər seriyasında uduzaraq avrokuboklarda mübarizəni dayandırıb.

0