Şimali Amerikada oynamış ən yaxşı futbolçular - SİYAHI

İDMAN
14:40 / 11.02.2024
374

“FourFourTwo” nəşri Şimali Amerikada oynamış ən yaxşı futbolçuların reytinqini açıqlayıb.

“Report” xəbər verir ki, siyahıda 33 oyunçu göstərilib.

Reytinqə hazırda ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən argentinalı Lionel Messi başçılıq edir.

İlk “10-luq” belədir:

1. Lionel Messi (“İnter Mayami”)

2. Pele (“Nyu York Kosmos”)

3. Yohan Kroyff (“Los Anceles Azteks”, “Vaşinqton”)

4. Devid Bekhem (“Los Anceles Qalaksi”)

5. Frank Bekkenbauer (“Nyu York Kosmos”)

6. Tyerri Anri (“Nyu York Red Bullz”)

7. Eysebio (“Boston”, “Toronto”, “Las Veqas”)

8. Gerd Müller (“Fort Lauderdale”)

9. Karlos Alberto (“Nyu York Kosmos”, “Kaliforniya”)

10. Corc Best (“Los Anceles Azteks”, “Fort Lauderdale”, “San Xose”)

0