Azərbaycan millisinin futbolçusundan gözlənilməz etiraf

İDMAN
10:58 / 25.04.2020
2349

Azərbaycan milli komandasının və Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarov koronavirus pandemiyası dövründə sosial şəbəkələrdən istifadə edərək özlərini reklam edənləri tənqid edib. 

Fanat.Az xəbər verir ki, Nazarov özünün bu dövrdə də sosial şəbəkələrdən uzaq olduğunu etiraf edib. Bu barədə 30 yaşlı hücumçu "Bild"ə açıqlama verib. 

Nazarov özünü belə məşğuliyyətə ehtiyac duymayan azsaylı şəxslərdən biri kimi dəyərləndirib: "Vaxtımı heç də həmişə mobil telefonumla əyləncəyə, məlumat yerləşdirməyə və ya başqalarının nə iş görmələrinə sərf etmirəm. Qurdalanmaq mənim işim deyil. Bu baxımdan, bir qədər köhnə məktəbdənəm və boş vaxtlarımda telefonumu bir neçə saatlıq kənara qoymağa üstünlük verirəm. Məndən nəyisə soruşmaq istəsəniz, telefonum sizdə var".

0