48 yaşlı Di Kaprio 25 yaşlı sevgilisini anası ilə tanış edib - FOTOLAR

MAQAZİN
20:50 / 26.09.2023
615

Hollivud aktyoru Leonardo DiKaprio model Vittoria Cerettini anası ilə tanış edib. 

HİT.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

48 yaşlı aktyor anası İrmelin İndenbirken və yeni sevgilisi olduğu iddia edilən 25 yaşlı model Vittoria Ceretti ilə birlikdə Milanda Pinacoteca Ambrosiana muzeyindən çıxarkən paparassilərə tuş gəlib.

Nəşrin yazdığına görə, DiKaprio ilə Ceretti arasında münasibətlər indi daha ​​ciddidir.

 

"Onlar son bir neçə ayda birlikdə olduqca çox vaxt keçirirlər və bir-birlərini daha dərindən tanımaqdan həzz alırlar", deyə "Page Six" cütlüyə yaxın bir mənbədən sitat gətirir.

Leonardo DiKaprio və Vittoria Ceretti arasında münasibətlər haqqında şayiələr ilk dəfə 2023-cü ilin may ayında aktyor və model Kannda birlikdə gəzərkən kameralara tuş gələn zaman ortaya çıxıb. Daha sonra DiKaprio və Ceretti dizayner Rikkardo Tisçinin ad günü şənliyində birlikdə görünüblər.

Sentyabrın əvvəlində DiKaprio və Ceretti İbizadakı gecə klubunda öpüşərkən lentə alınıb. 

Samir

0