Məşhur aktrisa yeni serialında Roza Zərgərli rolunu oynayır? - AÇIQLAMA

MAQAZİN
16:12 / 25.12.2023
4646

"Əvvəl ssenaridə mənim canlandırdığım obrazın Roza Zərgərliyə oxşaması yox idi".

Bu sözləri tanınmış aktrisa Gülmira Fərzəliyeva "İkinci Bahar" serialında canlandırdığı obrazın məşhur müğənni Roza Zərgərliyə bənzəməsi barədə HİT.az-a açıqlama verərkən deyib. 

O, obrazının Roza Zərgərliyə necə oxşadığı barədə bunları etiraf edib:

"Həm fiqura, həm də saç stili cəhətdən Roza Zərgərliyə oxşadığım üçün belə alındı. Baş rolda olan Ramin Hacıyev serialda plastik cərrahı canlandırır. Ssenariyə əsasən, onun Roza Zərgərliyə əli çatmadığı üçün mənim obrazımı həmin müğənniyə oxşadır. Yəni söhbət belə başlayıb. Hətta serialda oynadığım obrazın adı "Xəzəngül" olsa da, ona "Rozıçka" deyirlər". 

Həmsöhbətimiz düşünür ki, Roza Zərgərlinin məsələyə münasibəti mənfi olmayacaq:

"Bu barədə Roza Zərgərli ilə heç nə danışmamışam. Açığı, onun serialı izləyib-izləmədiyini də bilmirəm. Amma Roza Zərgərlinin hansısa mənfi reaksiya verəcəyini düşünmürəm. Deməli, Roza xanım gündəmdədir ki, onu parodiya edirlər. Məsələn, kimsə məni parodiya etsə, mənə xoş gələr".

Gözəl aktrisa canlandırdığı obrazın çox sevildiyini söyləyib:

"Əslində həmin rol təklif olunanda dedim ki, tam mənə görədir. Ətrafım həmişə deyirdi ki, niyə müğənni olmursan? Axır serialda müğənni oldum. Üstəlik, ən çox ürəyimcə olan obrazlardan biri oldu. Hamı da çox bəyənir. Hətta Dilarə xanım özü də deyir ki, hamı sənin obrazını və geyimlərini çox bəyənir. Tamaşaçılar da mənim o rol üçün doğulduğumu deyirlər. 

Onu qeyd edim ki, artıq beşinci ildir Dilarə Əliyevanın komandasında çalışıram. Üç il "Baldız", bir il "Qaratikan" serialında çəkilmişəm. İndi isə "İkinci bahar" serialında rol alıram. Yəni komanda olduğu kimi qalır, sadəcə mövzular və obrazlar dəyişir". 

Pərviz Şimşək

0