Bacısı Aygün Bəylərin vəsiyyətini açıqladı - VİDEO

MAQAZİN
12:30 / 26.02.2024
1041

"Çoxu Aygünün getməyinə sevindi. Şou-biznesdən çox adam gəlmişdi. Qadınlardan daha çox kişi sənət adamları qatıldı yasa. Qadınlardan təxminən 10 nəfər iştirak etdi. Aygün sənətkar olub. Adam umur". 

Bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova "Günaydın, Azərbaycan" proqramında deyib. O, xanəndənin yas mərasiminə gələn sənət adamlarından danışıb. 

Xanəndənin digər bacısı Aynur Hümbətova "İnanmırdı ki, ölüm ayağındadır. Yeni ildə ana ocağına yığışmışdıq. Orada vəsiyyətini Zümrüdə etdi ki, bu yoldan dönən deyiləm. Hiss edirəm ki, gedirəm. Xahiş edirəm, Cananı oxutdurun, təhsili olsun" sözlərini söyləyib.

Z.Hümbətova isə bacısının son solo konsertindən danışıb:

"Ağır oldu konsert. Təzyiqi qalxdı, yarım saat səhnəyə gecikdi. Çıxdı və üzr istədi. Otaqda ağlayırdı ki, tamaşaçılar gözləyir, mən otaqda oturmuşam".

 

0