Rusiyaya köçən və orada müğənnilik fəaliyyətini davam etdirən Fədayə Laçın paylaşımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi rusların dostluqla bağlı “Дружба - дружбой, а служба - службой” (Dostluq - dostluqdur, xidmət - xidmətdir -red.) atalar sözlərini düzgün deyə bilmədiyi anları video çəkərək sosial şəbəkə hesabında yayımlayıb.
İzləyicilərin əksəriyyəti Fədayənin bu videonu zarafat mənasında paylaşdığını yazıb.
Buna cavab olaraq isə F.Laçın “Dostluq” söhbətindən sonra toylarım çoxalıb” sözlərini yazıb.
Qeyd edək ki, Fədayə Laçının müğənni bacısı İlahə Fəda da Azərbaycanı tərk edərək birdəfəlik Almaniyaya köçüb.