Qripdən qorunmağın 5 YOLU

MARAQLI
18:50 / 24.01.2024
469

Havaların soyuması ilə birlikdə qrip olanların sayı da artmağa başlayır.

Ümumiyyətlə, hər qış aylarında bir müddət ətrafımızdakı insanların böyük əksəriyyətinin xəstələndiyinin şahidi oluruq. Onlar, adətən qrip olurlar. Qrip isə sürətli şəkildən bir nəfərdən başqasına keçdiyi üçün bu xəstəlik qısa müddət ərzində yayılır.

Bəs qripdən qorunmaq üçün nələrə diqqət etməliyik?

Hit.az qripdən qorunmağın yollarını təqdim edir:

1. Qripdən qorunmağın ən asan yolu şəxsi gigiyena qaydalarına riayət etməkdir. Əllərimizi bol su və sabunla yumalıyıq. Mütəxəssislər hər axşam duş qəbul etməyin vacibliyini də vurğulayırlar. 

2. İnsanların çox olduğu yerlərdə olmayın. Çünki uzun müddət qapalı və insanların çox olduğu mühitlərdə olmaq qrip riskini artırır.

3. Çirkli əllərlə ağız, burun və gözlərə toxunmaq olmaz. Həmçinin, evdə xəstə insan varsa, mütləq şəkildə ondan uzaq durmaq lazımdır. 

4. Maye və qidalanma olduqca mühümdür. Ona görə də bol su içməli və vitamin qəbul etməlisiniz. Eyni zamanda, immuniteti gücləndirəcək qidalar yemək tövsiyə olunur. 

5. Həkimlər qripə qarşı peyvənd vurula biləcəyini də söyləyirlər. Onların sözlərinə görə, bunun üçün ən uyğun zaman oktyabr və mart ayları arasıdır. Buna baxmayaraq, peyvənd olunduqdan sonra da diqqətli olmağın zəruriliyi qeyd olunur. 

Pərviz

0