Vunderkindlər xüsusi qabiliyyətə sahib olan insanlardırlar. Onlar uşaq yaşlarından fərqli olduqlarını büruzə verirlər.
Adətən bu qədər savadlı olmağın əsas səbəbi intelektual inkişafın güclənməsidir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bu uşaqlar xüsusi istedada malik olur və onlarla, adətən digər uşaqlardan fərqli formada iş aparılır. İntellekti yüksək olan uşaqların emosiyaları kollektivdəki digər yaşda olan insanların emosiyaları ilə üst-üstə düşmür:
“İstedadlı uşaqlarla işləmək təhsil sahəsində ən mühüm məqamlardan biridir. Birinci növbədə istedadlı uşaqları vaxtında aşkar etmək, düzgün istiqamətləndirmək vacibdir. Bunun üçün xüsusi üsullar var. İnkişaf etmiş ölkələr bundan geniş istifadə edirlər. Dünyada bu istiqamətdə tədqiqatlar indi də geniş aparılır. Alınan nəticələr praktikaya tətbiq olunur. Azərbaycanda da bu istiqamətdə tədqiqat aparılmalıdır. İstedadlı uşaqlar zamanında aşkar olunmalı, onlar lazımi istiqamətlərə yönləndirilməlidir. Rayon və kənd məktəblərində bu cür uşaqlar çoxdur. Onların potensialı zamanında aşkarlansa, gələcəkdə bu insan kapitalı bizə böyük fayda gətirəcək”.
Sevinc