Artıq ölkəmizdə tətbiq olunmayan yaz vaxtı tətbiqi hər kəsin cavabını maraqla gözlədiyi bir sualla birlikdə gəlir: Saatlar niyə tam gecə yarısı deyil, səhər saat 02.00-də geri və ya irəli alınır?
Hərçənd ölkəmizdə artıq tətbiq olunmasa da, gün işığından daha çox yararlanma (və ya Yaz vaxtı) tətbiqi dünyanın bir çox bölgəsində davam edir. Bu tətbiq saatların ildə bir dəfə irəli, bir dəfə geri alınmasını nəzərdə tutur. Amma maraqlı bir şəkildə, bu dəyişiklik tam gecə yarısı deyil, səhər saat 02.00-də həyata keçirilir. Bəs bunun səbəbi nədir?
HİT.az xəbər verir ki, yaz vaxtı tətbiqinin kökləri 18-cu əsrə qədər uzanır. Məqsədi insanların gün işığından daha çox yararlanmasını təmin etməkdir.
Saatların bir saat irəli və ya geri alınması ilə qış aylarında səhər işə gedərkən daha işıqlı bir mühit yaradılır, yayda isə uzun axşamlar daha çox fəaliyyət imkanı təqdim edir. Ən azından bu sistemin arxasında duran fikir budur. Bununla yanaşı, enerji qənaəti təmin edə biləcəyi də irəli sürülür, lakin bu qənaətin olduqca kiçik olduğu qeyd edilir.
"Time and Date" məlumatlarına görə, dünya üzrə ölkələrin təxminən 40%-i bir növ yaz vaxtı tətbiqini davam etdirir. Lakin bu tətbiq hər ölkədə eyni tarixlərdə və eyni şəkildə həyata keçirilmir. Məsələn, ABŞ-də mart ayının ikinci bazar günü saatlar səhər 02.00-də bir saat irəli alınarkən, Böyük Britaniyada bu dəyişiklik mart ayının son bazar günü, səhər 01.00-də tətbiq olunur.
Bəs niyə gecə yarısı deyil, bu saat seçilir? Maykl Dauninqin "Spring Forward: The Annual Madness of Daylight Saving Time" kitabında yazdığına görə, ABŞ-də saatların səhər 02.00-dən 03.00-ə qədər irəli alınmasının səbəbi 1918-ci ildə dəmir yolu şirkətləri ilə bağlıdır. Amtrakın qatar marşrutlarına görə, səhər 02.00-nin qatar səfərlərinə ən az təsir göstərəcəyi vaxt olduğu düşünülüb.
Samir