Bu gün tarixin vərəqlərində 27 apreldəyik.
Hit.az bildirir ki, bu gün dünyanın müxtəlif ölkələrində fərqli şəkildə qeyd olunur.
Məsələn, 27 aprel Dünya Dizayn Günüdür. Bundan əlavə, Cənubi Afrika Respublikasında Azadlıq Günü, Moldovada Bayraq Günü, Sloveniyada İşğala Qarşı Qiyam Günü, Toqoda isə Müstəqillik Günü kimi qeyd olunur.
27 apreldə nələr baş verib?
1908-ci ildə IV Yay Olimpiya Oyunları Londonda keçirilib. 1909-cu ildə Osmanlı sultanı II Abdühhəmid taxtdan endirilib, yerinə V Məhməd keçib. 1927-ci ildə Türkiyədə ilk radio fəaliyyətə başlayıb. 1941-ci ildə İkinci Dünya müharibəsi zamanı alman qoşunları Atinaya daxil olub. 1960-cı ildə Toqo Fransadan ayrılaraq müstəqilliyini elan edib. 1992-ci ildə Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələr qurulub.
27 apreldə doğulanlar:
1952-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Mikayıl Cəbrayılov, 1951-ci ildə rəssam Altay Sadıqzadə, 1972-ci ildə boksçu Emil İsrafilbəyov, 1992-ci ildə “Neftçi”nin kapitanı, futbolçu Emin Mahmudov və 1995-ci ildə futbolçu Mirabdulla Abbasov doğulub.
Həmçinin, 1791-ci ildə amerikalı ixtiraçı Samuel Morze, 1822-ci ildə ABŞ-nin 18-ci prezidenti Uliss Qrant, 1927-ci ildə rus aktyor Yevgeni Morqunov dünyaya gəlib.
27 apreldə vəfat edənlər:
1521-ci ildə portuqaliyalı səyyah Fernan Magellan, 1605-ci ildə Roma papası XI Lev, 1894-cü ildə fransız rəssam Şarl Laval, 1915-ci ildə rus bəstəkar Aleksandr Skryabin, 1937-ci ildə italiyalı filosof Antonio Qramşi, 1951-ci ildə Aşıq Əsəd, 1968-ci ildə rus yazıçı Vasili Ajayev, 1972-ci ildə Kvame Nkruma, 1998-ci ildə amerikalı yazıçı Karlos Kastanyeda və 2021-ci ildə gürcü aktyor Kaxi Kavsadze vəfat edib.
Pərviz


