Bu gün tarixin vərəqlərində 29 apreldəyik.
Hit.az bildirir ki, 29 aprel Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Beynəlxalq Rəqs Günü kimi qeyd olunur.
Bu gün ölkə və dünya gündəmində bir sıra mühüm proseslər baş verib. Həmçinin, çox sayda görkəmli şəxsin doğum və vəfat tarixi 29 aprelə təsadüf edir. Beləliklə, tarixin 29 aprelinə nəzər salırıq...
29 apreldə nələr olub?
1945-ci ildə Almaniya kansleri Adolf Hitler Eva Braunla evlənib. 1945-ci ildə İtaliyadakı alman qüvvələri təslim olub. 1945-ci ildə Sovet qoşunları Berlinə daxil oldu. 1992-ci ildə Azərbaycan və Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub. 2005-ci ildə Suriya 29 illik işğaldan sonra Livandan tamamilə çıxıb. 2015-ci ildə Bakı Konqres Mərkəzinin açılıb. 2017-ci ildə Türkiyədə “Vikipediya”ya giriş bloklanıb. 2018-ci ildə Formula-1 yarışlarında Lyuis Hemilton Azərbaycan Qran-prisinin qalibi olub.
29 apreldə doğulanlar:
1916-cı ildə bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadə, 1919-cu ildə Xalq artisti, kinorejissor Əjdər İbrahimov, 1965-ci ildə Əməkdar artist, saksafonçu Rain Sultanov və 1967-ci ildə Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov doğulub.
Həmçinin, 1880-cı ildə Türkiyənin baş naziri Fəthi Okyar, 1882-ci ildə fransız rəssam Ogüst Erben, 1901-ci ildə Yaponiya imperatoru Hirohito, 1943-cü ildə türkiyəli general İlkər Başbuğ, 1958-ci ildə amerikalı aktrisa Mişel Pfayfer, 1970-ci ildə amerikalı tennisçi Andre Aqassi və 1983-cü ildə türkiyəli sabiq futbolçu Semih Şəntürk dünyaya gəlib.
29 apreldə vəfat edənlər:
1894-cü ildə general-mayor Mir İbrahim bəy Talışinski, 1991-ci ildə memar Hənifə Ələsgərov, 1915-ci ildə Osmanlı şahzadəsi Mehmed Səlahəddin Əfəndi, 1947-ci ildə amerikalı iqtisadçı İrvinq Fişer, 1980-ci ildə ingilis kinorejissoru Alfred Hiçkok, 1985-ci ildə türkiyəli müğənni Aylin Urgal və 2008-ci ildə amerikalı sosioloq Çarlz Tilli vəfat edib.
Pərviz


