Həyat yolu nömrəsi insanın tam doğum tarixinə əsasən hesablanır və onun anadangəlmə istedadlarını, həyat dərslərini və ruhun missiyasını ifadə etdiyi iddia olunur. Numeroloqlar bu rəqəmi insanın həyat boyu yol xəritəsi kimi şərh edir və onun dünyaya nə üçün gəldiyini anlamağa kömək etdiyini bildirirlər.
HİT.az xəbər verir ki, bu barədə “Times of India” yazır.
Həyat yolu 1: lider
Bu insanlar təşəbbüskar və yenilikçi hesab olunur. Onların məqsədi başqalarını cəsarətli, müstəqil və orijinal düşünməyə ruhlandırmaqdır. Çox vaxt izləmək deyil, rəhbərlik etmək onlara uyğun sayılır.
Həyat yolu 2: sülhməramlı
Bu insanlar təbii diplomat kimi xarakterizə olunur. Onların missiyası harmoniyanı qorumaq, güclü münasibətlər qurmaq və çətin vəziyyətlərdə balans yaratmaqdır.
Həyat yolu 3: kommunikator
3 rəqəmi yaradıcılıq və özünüifadə qabiliyyəti ilə seçilən insanları təmsil edir. Onların məqsədi söz, incəsənət, əyləncə və ünsiyyət vasitəsilə ilham verməkdir.
Həyat yolu 4: qurucu
Bu həyat yolu nizam-intizam, sabitlik və zəhmətkeşlik ilə əlaqələndirilir. Bu insanların özləri, ailələri və cəmiyyət üçün möhkəm təməl yaratdıqları düşünülür.
Həyat yolu 5: kəşfiyyatçı
Bu yol azadlıq, macəra və dəyişikliklərlə bağlıdır. Məqsəd başqalarını inkişaf, çeviklik və yeni təcrübələrə təşviq etməkdir.
Həyat yolu 6: qayğıkeş
6 rəqəmi məsuliyyət və mərhəmətlə əlaqələndirilir. Bu insanların missiyası başqalarına qayğı göstərmək, ailələri gücləndirmək və dəstəkləyici mühit yaratmaqdır.
Həyat yolu 7: axtarıcı
7 rəqəmi dərin düşünən və mənəvi axtarışda olan insanları ifadə edir. Onların məqsədi həyat, bilik və ruhani həqiqətlər haqqında daha dərin anlayış əldə etməkdir.
Həyat yolu 8: nailiyyət sahibi
8 rəqəmi güc, uğur və maddi nailiyyətlərlə əlaqələndirilir. Bu insanların liderlik, sərvət və məsuliyyətli təsir mövzularında mühüm dərslər keçdiyi düşünülür.
Həyat yolu 9: humanist
9 rəqəmi şəfqət və xidmətlə bağlıdır. Bu insanların missiyası başqalarına kömək etmək, şəfa yaymaq və ümumi rifaha töhfə verməkdir.
Qeyd: Astrologiya, tarot, numerologiya, xiromantiya, ekstrasensorika və digər oxşar praktikalar elmi fənlər hesab edilmir. Onlar qədim ənənələrə, inanclara və elmi tədqiqatlarla təsdiqlənməmiş şərhlərə əsaslanır. Bu metodlar akademik elmi dairələrdə qəbul edilmir və bu mövzulara dair materiallar çox vaxt əyləncə xarakteri daşıyır. Onları qərar vermək və ya plan qurmaq üçün etibarlı vasitə kimi qəbul etmək tövsiyə olunmur. Psixologiya və ya sağlamlıqla bağlı məsələlərdə həmişə elmi mütəxəssislərə müraciət etmək lazımdır.
Samir


