Bu gün tarixin vərəqlərində 4 iyundayıq.
Hit.az xəbər verir ki, bu gün ölkə və dünya gündəmində bir sıra mühüm hadisələr baş verib.
Bu gün Azərbaycanda və xaricdə bir çox görkəmli şəxsin doğum, eləcə də vəfat günü kimi də tarixə düşüb. Həmçinin, 4 iyun Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Macarıstanda isə Milli Birlik Günüdür. Beləliklə, tarixin 4 iyununa nəzər salırıq...
4 iyunda baş verənlər:
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti, Gürcüstan Demokratik Respublikası və Osmanlı imperiyası arasında Batum müqavilələrinə əlavə sazişlər imzalanıb. 1993-cü ildə Gəncədə Surət Hüseynov rəhbərliyi Azərbaycan Xalq Cəbhəsi hökumətinə qarşı hərbi dövlət çevrilişi edib.
Həmçinin, 1940-cı ildə İkinci Dünya müharibəsi zamanı alman qüvvələri Parisə daxil olub. 1941-ci ildə ABŞ Prezidenti Con Kennedi və SSRİ lideri Nikita Xruşşov Vyanada görüşüb. 1946-cı ildə Xuan Pedro Argentina prezidenti vəzifəsinə başlayıb.
4 iyunda doğulanlar:
1926-cı ildə Əməkdar artist, müğənni Fatma Mehrəliyeva və Əməkdar voleybol məşqçisi Şamil Şamxalov, 1937-cı ildə şair Onegin Hacıqasımov, 1989-cu ildə müğənni Eldar Qasımov dünyaya gəlib.
Dünyada isə 1738-ci ildə Böyük Britaniya kralı III Georq, 1917-ci ildə Osmanlı şahzadəsi Hümeyra xanım Sultan, 1923-cü ildə Cənubi koreyalı karateçi Masutatsu Oyama, 1975-ci ildə amerikalı aktrisa Ancelina Coli, 1985-ci ildə alman futbolçu Lukas Podolski, 1986-cı ildə türkiyəli aktrisa Fəxriyyə Evcən və 1987-ci ildə türkiyəli aktyor Kerem Bursin doğulub.
4 iyunda vəfat edənlər:
Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Sirac Abışov 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
1876-cı ildə Osmanlı sultanı Əbdüləziz, 1918-cı ildə ABŞ vitse-prezidenti Çarlz Ferbenks, 1933-cü ildə türk şair Əhməd Haşım, 1958-ci ildə gürcü opera müğənnisi Aleksandr İnaşvili və 2016-cı ildə fransız yazıçı Aleksandr Qlezer vəfat edib.
Pərviz


