Tarixin 19 iyunu...

MARAQLI
13:30 / 19.06.2026
181

Bu gün tarixin vərəqlərində 19 iyundayıq.

Hit.az bildirir ki, bu gün Azərbaycanda və dünyada mühüm proseslər baş verib.

Həmçinin, müxtəlif sahələrdən olan çox sayda görkəmli şəxsin doğum tarixi də 19 iyuna təsadüf edir. Eyni zamanda, bir çox tarixi şəxsiyyətin də vəfat tarixi 19 iyundur. Beləliklə, tarixin 19 iyununa nəzər salırıq...

19 iyunda baş verənlər:
1938-ci ildə İtaliya milli futbol komandası Dünya Kubokunu qazanıb. 1944-cü ildə Yaponiya İmperiyası və ABŞ arasında Filippin dəniz döyüşü baş verib. 1992-ci ildə Azərbaycan, Avstraliya və Rumıniya arasında diplomatik əlaqələr qurulub. 2016-cı ildə Azərbaycanda ilk dəfə “Formula-1” qran-prisi keçirilib və qran-prinin qalibi Niko Rosberq olub.

19 iyunda doğulanlar:
1900-cü ildə Xalq artisti, aktyor Möhsün Sənani, 1974-cü ildə jurnalist Elnur Əşrəfoğlu və 2000-ci ildə şahmatçı Günay Məmmədzadə dünyaya gəlib.

Dünyada isə 1909-cu ildə yapon yazıçı Osamu Dazai, 1947-ci ildə ingilis yazıçı Salman Rüşdi, 1964-cü ildə Böyük Britaniyanın sabiq baş naziri Boris Conson, 1976-cı ildə türkiyəli müğənni Alişan və 1978-ci ildə amerikalı aktrisa Zoe Saldana doğulub.

19 iyunda vəfat edənlər:
1920-ci ildə dövlət xadimi Fətəli xan Xoyski, 1978-ci ildə Əməkdar artist, aktyor İbrahim Qaradağlı, 1981-ci ildə Xalq artisti, aktyor Ağahüseyn Cavadov və 2019-cu ildə dövlət xadimi Kamil Akimov vəfat edib.

Həmçinin, 1899-cu ildə alman fizik Oygen Lommel, 1915-ci ildə rus bəstəkar Sergey Taneyev, 1989-cu ildə estoniyalı şairə Betti Alver,  2013-cü ildə amerikalı aktyor Ceyms Qandolfini və 2020-ci ildə ispan yazıçı Karlos Ruis Safon dünyasını dəyişib. 

Pərviz

0