Tarixin 16 iyulu...

MARAQLI
14:00 / 16.07.2026
163

Bu gün tarixin vərəqlərində 16 iyuldayıq.

Hit.az xəbər verir ki, bu gün Ümumdünya İlan Günüdür.

16 iyul bir sıra tarixi hadisələrlə yadda qalıb. Bundan başqa, bu gün bir sıra görkəmli şəxsin dogma və ya vəfat günü kimi də xatırlanır. Beləliklə, tarixin 16 iyuluna nəzər salırıq.

16 iyulda baş verənlər:
622-ci ildə Məhəmməd peyğəmbər və onunla birlikdə ilk müsəlmanlar Məkkədən Mədinəyə hicrət ediblər və bu hadisə hicri təqviminin başlanğıcı kimi qəbul edilib. 1377-ci ildə ingilis kralı II Riçardın tacqoyma mərasimi keçirilib. 1661-ci ildə Avropada ilk əskinas İsveçdə çap edilərək dövriyyəyə buraxılıb. 1782-ci ildə Volfqanq Amadey Motsartın “Saraydan qaçırılma” operası ilk dəfə səhnəyə qoyulub. 

1880-ci ildə Emily Stowe Kanadada ilk lisenziyalı qadın həkim olub. 1950-ci ildə uruqvaylı milli futbol komandası Dünya Kubokunu, 1989-cu ildə isə Braziliya millisi Amerika Kubokunu qazanıb. 1951-ci ildə amerikalı yazıçı Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı nəşr edilib. 1979-cu ildə İraq prezidenti Əhməd Həsən Əl-Bəkr istefa verib və onu Səddam Hüseyn əvəzləyib.

16 iyulda doğulanlar:
1967-ci ildə Milli Qəhrəman, şəhid Sərxan Ocaqverdiyev, 1913-cü ildə Xalq artisti, müğənni və aktyor Mirzə Babayev və 1934-cü ildə Əməkdar memar, rəssam Rasim Əliyev doğulub.

Həmçinin, 1872-ci ildə norveçli səyyah Roald Amundsen, 1896-cı ildə norveçli dövlət xadimi Trüqve Li, 1902-ci ildə türkiyəli yazıçı Orxan Şaiq Gökyay, 1907-ci ildə amerikalı aktrisa Barbara Stenvik, 1926-cı ildə alman futbolçusu Alfred Pfaff, 1964-cü ildə gürcüstanlı dövlət xadimi Nino Burcanadze, 1966-cı ildə türkiyəli müğənni Yıldız Tilbə, 1981-ci ildə isveçli müğənni Mahir Zeyn, 1988-ci ildə ispanıyalı futbolçu Serxio Buskets və 1989-cu ildə uelsli futbolçu Qaret Beyl dünyaya gəlib.

16 iyulda vəfat edənlər:
1967-ci ildə dövlət xadimi Hüseyn Nəcəfov, 2004-cü ildə Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov, 2004-cü ildə futbolçu və məşqçi Vladimir Bruxti dünyasını dəyişib.

Həmçinin, 1764-cü ildə rus imperatoru VI İvan, 1910-cu ildə isveçrəli rəssam Albert Anker, 1967-ci ildə amerikalı iqtisadçı Edvard Çemberlin, 1969-cu ildə sovet antropoloqu Sergey Rudenko, 1985-ci ildə alman yazıçısı Henrix Böll, 1990-cı ildə ispanıyalı futbolçu və baş məşqçi Miqel Munyos və 2017-ci ildə amerikalı kinorejissor Corc Romero vəfat edib.

Pərviz

0