Tarixin 4 avqustu...

MARAQLI
10:40 / 04.08.2026
172

Bu gün tarixin vərəqlərində 4 avqustdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra mühüm hadisələrlə yadda qalıb.

4 avqust bir sıra görkəmli şəxsin doğulduğu və ya vəfat etdiyi gün kimi də xatırlanır. Beləliklə, tarixin 4 avqustuna nəzər salırıq.

4 avqustda baş verənlər:
1992-ci ildə Azərbaycan və Şri Lanka arasında diplomatik əlaqələr qurulub. 1783-cü ildə Rusiya ilə Gürcüstan arasında Şərqi Gürcüstanın çar Rusiyasının himayəsinə keçməsi barədə Georgiyevsk müqaviləsi bağlanıb. 1879-cu ildə Elzas-Lotaringiya Almaniya imperiyasının əyaləti elan olunub. 1914-cü ildə Birinci Dünya müharibəsində Böyük Britaniya Almaniya imperiyasına müharibə elan edib. 

1924-cü ildə Meksika və SSRİ arasında diplomatik əlaqələr qurulub. 1944-cü ildə Karl Qustav Emil Mannerheym Finlandiya prezidenti seçilib. 1962-ci ildə Afrika milli konqresinin lideri Nelson Mandela həbs edilib. 2020-ci ildə Beyrut limanında 2700 ton ammonium nitratın partlayışı nəticəsində 218 nəfər həlak olub və 7000 nəfər yaralanıb.

4 avqustda doğulanlar:
1905-ci ildə aktyor Yusif Yulduz, 1915-ci ildə Xalq artisti, aktyor Məmmədrza Şeyxzamanov, 1939-cu ildə aktrisa Ofeliya Məmmədzadə, 1943-cü ildə Xalq artisti, aktyor Ramiz Məlik, 1946-cı ildə Xalq artisti, diktor Rafiq Hüseynov, 1949-cu ildə dövlət xadimi Abbas Abbasov və 1979-cu ildə futbolçu Cahangir Həsənzadə doğulub.

Həmçinin, 1859-cu ildə norveçli yazıçı Knut Hamsun, 1874-cü ildə fransız yazıçı Şarl-Lui Filipp, 1905-ci ildə rus bəstəkar Boris Aleksandrov,  1912-ci ildə rus riyaziyyatçı Aleksandr Aleksandrov, 1927-ci ildə türk şair Turqut Uyar, 1929-cu ildə Fələstin milli muxtariyyətinin 1-ci sədri Yasir Ərəfat, 1941-ci ildə türk kinorejissor Zəki Ögtən, 1944-cü ildə türk müğənni Orxan Gəncəbay, 1961-ci ildə ABŞ-nin 44-cü prezidenti Barak Obama, 1961-ci ildə tailandlı müğənni Pumpuang Duangjan, 1981-ci ildə amerikalı aktrisa Meqan Markl, 1984-cü ildə rus bədii gimnast Natalya Lavrova, 1985-ci ildə xorvat həndbolçu Andrea Şeriç və 1985-ci ildə avstraliyalı müğənni Cessika Mauboy dünyaya gəlib.

4 avqustda vəfat edənlər:
1998-ci ildə kinorejissor Rüfət Şabanov, 2015-ci ildə Əməkdar artist, aktrisa Tanilə Əhmərova, 2017-ci ildə voleybol məşqçisi Aleksandr Çervyakov, 2018-ci ildə repçi Anar Nağılbaz və 2020-ci ildə Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dünyasını dəyişib.

Həmçinin, 1900-cü ildə rus rəssam İsaak Levitan, 1922-ci ildə Osmanlı dövlət xadimi Ənvər Paşa, 1941-ci ildə macar şair Mihay Babiç, 1962-ci ildə amerikalı aktrisa Merilin Monro və 1977-ci ildə alman filosof Ernst Blox vəfat edib.
 

Pərviz

0