Azərbaycanda son sutkada koronavirusun statistikası

17:39 / 06.02.2021
1256

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231022 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 224961 nəfər müalicə olunaraq sağalıb, 3156 nəfər vəfat edib, aktiv xəstə sayı 2905 nəfərdir.

Ölkədə son sutka ərzində 6582, hazırkı dövrədək isə 2446300 test aparılıb.

1