Ötən ay Azərbaycanda neçə nəfər intihar edib?

19:19 / 06.02.2021
581

2021-ciilin yanvar ayında Azərbaycanda qeydə alınan intihar hadisələrinin sayı açıqlanıb.

"Report”un əldə etdiyi məlumata görə, ötən ay ölkədə 33 nəfər intihar edib. Bu statistika yanvar ayının 1-dən 27-dək olan dövrü əhatə edir.

Ötən il Azərbaycanda intihar edən kişi və qadınların sayı da açıqlanıb. 2020-ci ildə ölkədə 597 intihar hadisəsi qeydə alınıb. Həyatına qəsd edənlərin 440 nəfəri kişi, 157-si isə qadındır.

1