Bakıda "Alov Qüllələri"ndə toy keçirilib? - DİN-dən açıqlama

ÖLKƏ
21:13 / 06.02.2021
1376

Bu gün sosial şəbəkələrdə Bakıda "Alov Qüllələri"ndə toy keçirilməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir. 

Onun sözlərinə görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları yayılan xəbərlə bağlı "Alov Qüllələri"ndə yoxlama aparıb və qeyd olunan məlumat təsdiqini tapmayıb.

4