“Ermənilər qəbirləri qazıb, qızıl axtarıblar” - Məşhur fotoqraf

ÖLKƏ
22:39 / 06.02.2021
605

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl rayonunda ermənilər tərəfindən dağıdılan qəbiristanlığa baş çəkiblər. 

Tanınmış fotoqraf Reza Deqati bildirib ki, ermənilər qəbiristanlıqdakı bütün qəbirləri ekskavatorla qazaraq qızıl axtarıblar:

"Hesab edirəm ki, bu insanlığa və bəşəriyyətə qarşı bir cinayətdir. Gördüyüm hər şey məni dəhşətə gətirir. Çünki mən nə qədər hərbi münaqişə zonalarında olmuşam və heç yerdə belə dəhşətli mənzərə görməmişəm.

Qəbirlər ekskavatorla qazılıb, sümüklər çıxarılıb. Ermənilər o qədər qəddardırlar ki, cəsədlərin çıxarılmasından ləzzət alıb, qızıl dişlər axtarıblar”. 

0
Sfera.az