Fevralda Bakıya qar yağacaq? - Sinoptikdən açıqlama

ÖLKƏ
12:59 / 10.02.2021
1109

Bu il paytaxt Bakıda fevral ayı ötən illərə nisbətən daha mülayim keçir. Hər kəsə maraqlıdır: Bakıya qar yağma ehtimalı varmı?

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin Hidrometroloji Proqnozlar bürosunun direktor müavini Gülşad Məmmədova Modern.az-a danışıb. 

"Qarşımızdakı günlər ölkə ərazisində hava şəraiti, yağmursuz  keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək, ara-bir güclənəcək. Səhər saatlarında duman olması gözlənilir. Yaxın günlər üçün hava şəraitində ciddi bir dəyişiklik olacağı ehtimal edilmir. Fevral ayı mülayim keçir və az yağıntılı olub. Havanın tempraturu bəzi günlər 4-6 dərəcə yüksəlib, amma rekord göstərici qeydə alınmayıb. Qar yağması ilə bağlı dəqiq bir proqnoz yoxdur".

0