Nazirlikdən müəllimlərə kurikulum vəsaitlərinin verilməməsi iddiasına REAKSİYA

ÖLKƏ
13:17 / 10.02.2021
1325

Dərs ilinin birinci yarımili başa çatsa da, Azərbaycanda müəllimlərə kurikulum vəsaitlərinin təqdim edilməməsi ilə bağlı mütəmadi olaraq xəbərlər yayılır.

Müəllimlər vəsaitin onlara təqdim edilməməsi ilə bağlı iddia irəli sürüblər.

Oxu.Az-ın sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

“2013-cü ildə Təhsil Nazirliyi  tərəfindən təsdiq olunmuş fənlər üzrə təhsil proqramları (və ya fənn kurikulumları) Təhsil İnstitutunun saytından əldə etmək  olar: //www.arti.edu.az/az/page/29-umumi-tahsil.

Əlavə olaraq, cari tədris ili başlamazdan öncə, pandemiya zamanı müxtəlif hədəf qruplarına faydalı ola biləcək resurslar hazırlanıb və Təhsil İnstitutunun “Pandemiya dövrü üçün ümumi təhsil pilləsinə aid resurslar” bölməsinə (//www.arti.edu.az/az/resurs.php) yerləşdirilib”, - deyə bildirilib.

0