Bakıda daha bir yolda yenilik - FOTO

ÖLKƏ
16:09 / 18.05.2021
1416

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsinin qeyd edildiyi bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyi səviyyəsi artırılıb.

BNA-dan HİT.Az-a verilən məlumata görə, Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik tədbirləri görülüb. Nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində svetofor obyektləri quraşdırılıb.

Nəticədə, nizamlanan eynisəviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə təhsil alan tələbələrin, o cümlədən yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb, piyadaların və nəqliyyat vasitələrinin hərəkət növbəliliyi təmin olunub.

0