“Semaşko”dakı izdihamla bağlı nazirlikdən AÇIQLAMA

ÖLKƏ
14:52 / 27.05.2021
1062

Sosial şəbəkələrdə 1 saylı Kliniki Tibbi Mərkəzin qarşısında koronavirus əleyhinə peyvənd olunmaq üçün gedən şəxslərin izdiham yaratması ilə bağlı görüntülər yayılıb. Fotodan da görünür ki, sözügedən tibb müəssisəsinin qarşısında karantin qaydaları pozulub, sosial məsafə tələbinə riayət olunmayıb.

Səhiyyə Nazirliyi tibb müəssisəsinin qarşısındakı sıxlığa aydınlıq gətirib. Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Operativ Qərargahın sonuncu brifinqindən sonra məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb. Problemlərdən biri də odur ki, məntəqələrə mürciət edənlərin 90 faizi qeydiyyatdan keçmədən gəlir:

“Onların qeydiyyata alınması müəyyən vaxt alır. Bu, onlayn qeydiyyatdan keçən vətəndaşların narazılığına səbəb olur, çünki canlı növbədə olanlar, onlayn qeydiyyatdan keçən vətəndaşların poliklinikaya daxil omasına etiraz edirlər. Bilirsiniz ki, poliklinikalarda xüsusi mühafizə xidməti yoxdur, işləyən həkimlərin də əksəriyyəti qadındır, bu səbəbdən növbəni tənzimləməkdə problemlər yaranır. Vətəndaşlarımızdan məntəqələrə gələrkən məsafəyə və növbəyə riayət etmələrini xahiş edirik. Sıxlıq yaradılanda həkimlərin də işində problem yaranır”.

0