ÖLKƏ
15:36 / 08.11.2021
440

Azərbaycan hakerləri tərəfindən erməni saytları dağıdıldı - FOTOFAKT

8 Noyabr Zəfər günü münasibətilə Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi "Qarabağ Azərbaycandır” və "Azərbaycan müharibəyə və qan tökülməsinə qarşıdır” fikirləri yerləşdirilib.

Hit az  xəbər verir ki, bu barədə "Azerbaijan Cyber Army” Telegram kanalnda qeyd olunub. 

"Bizə Zəfər günü yaşadan şəhidlərimizin hər birinin qarşısında baş əyir və onlara Allahdan rəhmət diləyirik! 

Zəfər günü münasibətilə bir sıra erməni saytlarına tərəfimizdən od qoyulmuşdur! Bayramınız mübarək!”,- deyə paylaşımda qeyd olunub.
(bizim.media)

0