Şəhid Elçin Əliyev Şirvanda dəfn edildi - FOTO/YENİLƏNİB

ÖLKƏ
21:29 / 17.11.2021
1305

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı döyüşlərdə şəhid olan hərbçi, Şirvan şəhər sakini Əliyev Elçin Ramil oğlu Şirvan şəhidlər xiyabanında dəfn edilib.

HİT.az xəbər verir ki, şəhidin cənazəsi Şirvan şəhərində yaşadığı evə gətirilib və onunla vida mərasimi keçirilib.
2002-ci ildə Şirvan şəhərində anadan olan Əliyev Elçin Ramil oğlu ilə vida mərasimi ictimaiyyət nümayəndələrinin, hərbiçilərin və yaxınlarının iştirakı ilə yaşadığı evdə baş tutub. Vida mərasimindən sonra şəhidin cənazəsi böyük izdihamla şəhidlər xiyabanına qədər müşayiət olunub. Şirvan Şəhidlər xiyabanında şəhər ictimaiyyətinin, hərbiçilərin müşayiəti ilə dəfn edilib.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 hərbi qulluqçumuz yaralanıb.

***

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçinin nəşi ailəsinə təhvil verilib.

"Report"un Aran bürosunun məlumatına görə, onun nəşi bu gün axşam saatlarında doğulduğu Şirvan şəhərinə gətirilib. Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhid Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Allah rəhmət eləsin!

0