16:47 / 15.08.2022
363

Üç universitet publik hüquqi şəxsə çevrildi - YENİLƏNİB

Nazirlər Kabineti “Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi barədə” qərar verib.

HİT.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Dövlət Pedaqoji Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qərarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nizamnaməsi təsdiqlənib.

14.41

Nazirlər Kabineti “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi barədə” qərar verib.

HİT.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qərarla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nizamnaməsi təsdiqlənib.

Nazirlər Kabineti “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi barədə” də qərar verib.

Qərara əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qərarla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nizamnaməsi təsdiqlənib.

0